Bu tədbirə ancaq qadınlar buraxılır - Neslihan da gələcək

Bu tədbirə ancaq qadınlar buraxılır - Neslihan da gələcək


Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gəlir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, noyabrın 3-də “Altın Kelebek Mükafatları” mərasimində məşhur ulduzlarımız da iştirak edəcək.

"Möcüzə gecəsi" adlı tədbirdə ölkəmiz “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyasında təmsil olunur. Bu kateqoriyaya namizədlər Röya, Miri Yusif, Nigar Camaldır.

Tədbirdə xanımları Röya, Miri Yusif, Nigar Camalla yanaşı digər ulduzların və djlərin konserti, müxtəlif şou proqramlar, saç/vizaj stilistlərinin məsləhətləri və digər sürprizlər gözləyir.

Qeyd edək ki, “Möcüzə Gecəsi”ndə ancaq xanımlar iştirak edə bilərlər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti