“Naşı, bədbəxt insan…” - Mətanətdən Rövşanəyə

“Naşı, bədbəxt insan…” - Mətanətdən Rövşanəyə


Müğənni Mətanət Əsədova bir müddət evvəl “Səhər-Səhər” verilişin aparıcısı Rövşanə Ağasəfqızı ilə yaşadığı qalmaqala münasibət bildirib.

İfaçı “5-də 5” verilişində aparıcını naşı olmaqda ittiham edib:

“Naşı, aparıcılıqdan xəbəri olmayan bədbəxt insan qarşıma çıxır. Bax o zaman efirdən çıxıb gedirəm. Qalsaydım o səviyyəyə düşəcəkdim. Ona görə də xanım kimi durub çıxdım”.

Qeyd edək ki, sənətçi yazıçı-kulturoloq Aydınxan Əbilovla mübahisə edərək efiri yarımçıq tər ketmişdi. O, Rövşanəyə iradını bildirmişdi:

“Sözümü deyib gedirəm, Allah sizə can sağlığı versin. Gedim, heç kəs məni küsdürə bilməz. Mətanət Əsədova heç vaxt yüngül reklamlar etməyib. Sənətkarla sənətkar dilində danışmaq lazımdır. Belə ucuz reklamlar bizə lazım deyil”.



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti