Firəngiz Mütəllimova ARB TV-yə əsəbiləşdi: "Burnunuzdan gəlsin"

Firəngiz Mütəllimova ARB TV-yə əsəbiləşdi: "Burnunuzdan gəlsin"


Xalq artisti Firengiz Mütəllimova ARB TV-ni düzgün xəbərlər verməməkdə günahlandırıb.


Aktrisa kanalın ünvanına bu sözləri deyib:

“Verilişlərinizi doğru, düzgün xəbərlərlə hazırlasanız, daha reytinqli olar. Mənim səhhətimlə bağlı reytinq burnunuzdan gələr, inşaallah. Ona görə də verilişlərə artıq heç kim gəlmək istəmir”.

Qeyd edək ki, bu gün ARB TV-də efirə gedən “Günə davam” proqramında F.Mütəllimovanın səhhətində problem olduğu bildirilib.

Verilişin aparıcılarından biri, Ülvira Qarayeva aktrisa haqda belə söyləyib:

“Xalq artisti Firəngiz Mütəllibova xəstəxanaya düşüb. Ona görə çox kədərlənirik. Biz bu xəbərdən çox sarsılmışıq. Əslində, onun probleminin nədən ibarət olduğunu bilmirəm. Amma səhhətində tez-tez problemlər olur. Komandamız onunla əlaqə saxlayıb, lakin xalq artisti danışa bilməyib. Deyəsən, vəziyyəti yaxşı deyil”.


Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti