Zaur Brillianta yazılan sevgi mesajlarını efirdə oxudu: "Gecələr səni düşünürəm"

Zaur Brillianta yazılan sevgi mesajlarını efirdə oxudu: "Gecələr səni düşünürəm"


Xalq artisti Brilliant Dadaşova “5/5” verilişinin qonağı olub.

Müğənni hər zaman formada olmasıyla bağlı sualları cavablandırıb.

Dadaşova bildirib ki, bunun üçün yalnız idman edir:

“Xanımlar elə bilir ki, arıq qalmaq üçün quş südü içmək lazımdır. Amma birincisi qəlbin təmiz olmalıdır. Qəlbin gözəl olması səhhətə də təsir edir. Formada qalmaq üçün yalnız idman etmək kifayətdir”.

B.Dadaşova daha sonra sosial şəbəkədən danışıb:

“Zaur da mənim kimi "kəntoşdur". İnstaqrama baxıram, amma “WhatsApp”a yazılanları oxumuram. İnstaqramda canlı yayıma girə bilmirəm. Ancaq mahnılarımı yükləyirəm".

Aparıcı Zaur Kamal müğənniyə yazılan sevgi mesajlarını oxuyub:

"Bunun İnstaqramı sevgi dastanıdır. Ülfət yazır ki, yuxularımın qonağısınız. Elnur yazır ki, gecələr səni düşünürəm. Özü də cavan oğlanlar yazır. Biri də göndərib ki, Brilliant xanım sizə sevgimi bildirmişdim, "yox" dediniz".

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti