Arif Quliyev şoudan getdi - Video

Arif Quliyev şoudan getdi - Video


12-ci mövsümdür yayımlanan “Maşın şou”da iştirak edən xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib.

Bu barədə verilişin aparıcısı Murad Dadaşov məlumat verib.

M. Dadaşovun sözlərinə görə, günorta vaxtı studiyada A. Quliyevin səhhətində ciddi problem yaranıb və dərhal təcili yardım çağırılıb. Həkimin ilkin müayinəsindən sonra onun əsəb gərginliyi ilə əlaqədar təzyiqinin qalxdığı bildirilib.

Xalq artistinin səhhəti ilkin tibbi müdaxilədən sonra stabilləşib. Verilişin təşkilatçıları aktyoru xəstəxanaya yerləşdirmək istəsələr də, o bundan imtina edib və evinə aparılmasını istəyib.

Həkimlər Arif Quliyevin səhhəti ilə əlaqədar yarışmada davam edə bilməyəcəyini deyib. Buna görə də o, verilişdə iştirakını dayandırıb.

Arif Quliyev şoudan getdi - Video




“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                 
Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO 11:17 Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO