Yusif Ağayev "Eşqim" mahnısı ilə bağlı sirrini açdı

Yusif Ağayev "Eşqim" mahnısı ilə bağlı sirrini açdı


Aparıcı Yusif Ağayev “Kulis” verilişinin qonağı olub.

Aparıcı illər əvvəl sözlərini yazdığı və əməkdar artist Röya Ayxanın səsləndirdiyi “Eşqim” mahnısından danışıb:

“Həmin ərəfədə anamı itirmişdim, mənim üçün ağır ərəfə idi. Mahnıdakı “Eşqim” kəlməsi "Anam" idi. Bəstəkar Emil Şahin dedi ki, çox ağırdı, bir az sözləri dəyiş. Dəyişdim, "Eşqim" etdim və mahnı hit oldu”.

Ailəsindən danışan Ağayev 5 nəvəsi olduğunu söyləyib:


“Bacıma çox bağlı insanam. O mənə anamdan yadigardı. Həyatım ona, övladlarıma və nəvələrimə bağlıdır. Onlar olmasa Yusif nə radioda, nə də efirdə olmazdı.

Əvvəl müəllim kimi çalışmışam. Mən də, dünyasını dəyişən xanımım da rayonda müəllim kimi göndərilmişdik. Ordan qayıdandan sonra müəllimliyi atıb, aparıcılığa başladım. İndi mənim sevgi axtaran vaxtım deyil”.

Axşama.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                 
Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO 11:17 Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO