"İndi yoldaşlığımız yoxdur" - Elməddin Raminin getməyindən gileyləndi

"İndi yoldaşlığımız yoxdur" - Elməddin Raminin getməyindən gileyləndi


Aktyor Elməddin Cəfərov işbirliyinə son qoyduğu rejissor Ramin Hacıyevdən danışıb.


Aktyor “Kulis” verilişində Ramindən incidiyini etiraf edib.

Elməddin bildirib ki, rejissor ona deməmiş gizlin “Xəzər” telekanalına işə düzəlib:

“Raminlə biz həm dost, həm də yoldaş idik. İndi yoldaşlığımız yoxdur, başqa şirkətdə çalışır. Getməyini gec bildim. Üç-dörd aydan sonra bildim ki, başqa şirkətlə müqavilə bağlayıb. Kaş mənə deyib gedərdi. Özüm ona dedim, boynuna aldı. Onun geri qayıtmasına mən razılıq versəm də, komanda istəməz. Çünki o, işi yarımçıq qoydu getdi.

Bu proseslər məni sarsıtdı. Hər gecə yuxuma gəlirdi və danışırdı. Maddi, mənəvi səbəb yox idi, axı qardaşdıq. Necə ola bilər?”.

Qeyd edək ki, uzun illər "Bacanaqlar" serialında həm aktyorluq edən, həm də rejissor kimi çalışan R.Hacıyev hazırda "Xəzər"də "AiləCanlı" adlı ekran işində rol alır.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                 
Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO 11:17 Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO