Hollivudda təcavüz qalmaqalı - Məşhurlar ayağa qalxdı

Hollivudda təcavüz qalmaqalı - Məşhurlar ayağa qalxdı


Ancelina Coli və Gwyneth Paltrow kimi məşhur ulduzlar “New York Times” qəzetinə rejissor Harvey Weinstein haqqında şok açıqlama veriblər.

Hər iki aktrisa digər məşhurlar kimi rejissorun onlara seksual xarakterli hərəkətlər etdiyini bildirib.

Coli “Playing by Heart” filminin çəkilişi zaman oteldə Weinstein ona böyük stress yaşatdığını bildirib:

“23 yaşım var idi. Həmin rejissorla çalışdım, başıma böyük bir iş gəldi. Əlaqəmi kəsdim, Harveylə işləyən bütün aktrisalara xəbərdarlıq etdim. Belə bir hərəkətləri şiddətlə qınayıram”.

Harvey Weinstein haqqında daha bir iddianı Gwyneth Paltrow səsləndirib. Aktrisa hələ 22 yaşındaykən rejissorun “qurban”ına çevirildiyini söyləyib:

“Onu masaj etməyimi istədi və əliylə bədənimə toxundu. Tez otaqdan çıxdım və keçmiş sevgilim Bred Pittə dedim. O vaxtlar gənc idim, çox qorxmuşdum”.

Qeyd edək ki, Hollivudun bir çox məşhur aktrisaları H. Weinstein haqqında müsahibələr verir, rejissorun əməlləri tənqid olunur. Kino ulduzları vaxti ilə Harveyin onlara təcavüz etdiyini bildirirlər.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                 
Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO 11:17 Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO