Ramiz Məlik Məleykə Əsədovanı təhqir etməsindən DANIŞDI: "Əgər ağzımnan çıxıbsa..."

Ramiz Məlik Məleykə Əsədovanı təhqir etməsindən DANIŞDI: "Əgər ağzımnan çıxıbsa..."


ARB TV-də yayımlanan "Səhər-Səhər" verilişinin bugünkü qonaqlarından biri Xalq artisti Ramiz Məlik olub.

Günlərdir xalq artisti Məleykə Əsədova ilə aralarında olan qalmaqalla gündəmə gələn R.Məliklə yazıçı-jurnalist Qan Turalı arasında mübahisə olub.

Xalq artistləri arasındakı qalmaqala toxunan Qan Turalıya Ramiz Məlik sərt reaksiyası verib:


"Bu məsələ artıq bitib. Bu, şəxsi məsələdir. Jurnalist tərbiyəsiz olanda, pulunu almaq üçün baxmır ki, qarşısındakı kimdir. Əlbəttə ki, bu, əxlaqsızlıqdır, jurnalist əxlaqsızlığıdır!"

R.Məlikin sərt sözlərinə jurnalist "O sözləri siz deməmisiniz ki? Hidayətə gəldiniz? 75 yaşınız var, sizin üzr istəyən vaxtınızdır" sualı ilə müraciət edib. Aktyor isə Qan Turalıya "Söhbət ondan getmir. Söhbət ondan gedir ki, hörmət lazımdır. Sənətkara hörmət lazımdır! Əgər ağzımnan çıxıbsa, deməli, hirsli olub, o sözləri işlətmişəm. Müzakirə etməyin məni" ifadələri ilə cavab verib.

Publika.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti