Xalq artisti Elnarəyə qarşı - “İstəyib ki, gəlini evdar olsun”

Xalq artisti Elnarəyə qarşı - “İstəyib ki, gəlini evdar olsun”


Xalq artisti Gülyaz Məmmədova əməkdar artist Elnarə Abdullayevanın “Oğluma müğənni almaram” sözlərinə qarşı çıxıb.

“Show time” verilişinə qonaq olan xalq artisti əməkdar artistin fikirləri ilə razı olmadığını deyib:

“Oğlumun müğənni ilə ailə qurmasını niyə istəməyim ki? Oğluma müğənni qız almaram sözünü mənim tələbə yoldaşım Elnarə Abdullayeva işlətmişdi. Bu mənim sevmədiyim bir kəlmədi. Bu onun öz fikridi. Yəqin bu sənətdə əzab çəkib. Yəqin istəyib ki, gəlini evdar olsun.

Mənim oğlum müğənni qız istəsə, uzlaşsalar alaram. Özüm də bu sənətinindəyəm. Bu sənət gözəldir. Bu aləmin içində şəxsi həyatını özün qura bilmirsənsə, səhvlərə yol verirsənsə, sənətin burda nə günahı var?

Qeyd edək ki, bu mövzuya görə E.Abdullayeva ilə müğənni Xatirə İslam arasında bir müddət öncə qalmaqal yaşanmışdı. X.İslam xanəndəyə “Toy, məclis sayəsində özünə gün-güzəran qazanır, kəndinə su çəkdirir, atasına ev tikdirir, sonra da deyir ki, “Yox-yox, müğənni qız almaram” sözlərini söyləmişdi.

Əməkdar artist isə “Əslində hamısı mənim fikrimdə idilər. Sadəcə oğru elə bilir ki, hamı oğru, doğru da elə bilir ki, hamı doğrudu. Kim həyatda nə olmaq istəyir, o adam da olur. Kim necədirsə, sözə də o prizmadan yanaşır” sözlərini əlavə etmişdi.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti