Tacirdən Fədayənin sevgisinə cavab: “Mənim bədbəxtçiliyimi nədə görür, onu sevməməkdə?

Tacirdən Fədayənin sevgisinə cavab: “Mənim bədbəxtçiliyimi nədə görür, onu sevməməkdə?


Müğənni Fədayə Laçın ilə həmkarı Tacir Şahmalıoğlu arasında yaranan qalmaqal böyüyür. Müğənni idda edir ki, bir zamanlar duet ortağı olan Tacir Şahmalıoğlu onu sevib, cütlüyün arasında eşq macəraları yaşanıb. Fədayəni narahat edən məsələ isə Tacir Şahmalıoğlunun bu sevgini danmasıdır.

Tacir Şahmalıoğlu isə AzNews.az-a açıqlamasında Fədayə Laçının ona qarşı olan sevgisini əsassız və boş hisslər hesab etdiyini deyib:

-Fədayə hara gedirsə, köhnə palan içi açıb tökür. Harda gəldi danışır ki, onunla mən guya sevgi həyatı yaşamışıq. Boş söhbətlər və cəfəngiyatlardı. Keçmişdə olan söhbətlərin yenidən gündəmə gətirməyin nə mənası?

-Fədayə Laçının keçmişi açıb-tökməkdə məqsədi nədir?

-Bu Fədayənin fikiridir. O, yaxşı qızdır, onu çox istəyirəm, keçmişdə duet ortağım olub. Bir yerdə çörək qazanmışıq, toylara getmişik. Aramızda sevgi olmayıb.

-Axı Fədayə Laçın aranızdakı yaşanan sevgini etiraf edib...

-Bu sevgi haqda harda və nə vaxt demişəm? Bu onun öz fikri və uydurmasıdır. Söhbət məndən gedirsə, heç vaxt ona qarşı sevgim olmayıb. Ola bilsin ki, onun mənə sevgisi olub. Yəqin məni gizlində sevib.

-Necə olub ki, onun bu sevgisindən xəbəriniz olmayıb?

- Bax, bunun özü mənə maraqlıdır. Qarşımdakı, eyni zamanda yanımdakı qadının məni sevməsini bilməmişəm. Gərək o sevgini biləydim... Heyif, onun dediyi sevginin qarşılığı olsaydı, bax, o zaman Fədayə bu günkü kimi mətbuata çıxıb danışmazdı.

-Fədayə Laçın deyib ki, “Tacir Şahmalıoğlu bədbəxt insandır, mənim ona yazığım gəlir”... Bunu necə izah edərsiniz?


-Ola bilər. Mən nəyə görə bədbəxtəm? Mənim bədbəxtçiliyimi nədə görür, onu sevməməkdə? 9 milyon əhalinin arasında hələ bu günə kimi mənə bədbəxt sözü ünvanlayan olmayıb. Hamı deyir ki, Tacir böyük sənətkardır. Amma Fədayə Laçın məni bədbəxt görür? Nədir ki, onu sevməmişəm. Eybi yox,qoy desin. Bu onun fikiridir. Yəqin Fədayə elə bilir ki, mən onsuz bədbəxtəm. Bilsin ki, mən çox xoşbəxtəm. Gözəl ailəm, uşaqlarım, evim, oğlum böyüyür. O, mənim üçün fəxrdir. Bir ata ki, oğlunu hərbi xidmətə göndərə, o da borcunu verib geri qayıda, sizcə belə bir ata bədbəxt sayıla bilər? Mən Fədayə ilə işləyəndə, duet oxuyanda ailəm vardı. Onu qıçıqlandırırlar. Bizim aramızda səmimi münasibət olmayıb. Ən qəribəsi də o, mənə gizlin sevgisindən də söhbət açmayıb. Bütün duet oxuyanlar bir-birini sevir? Açığı onun sevgisini hiss eləmək kimi fikrim də olmayıb. Bundan sonra kimisə sevmək fikrində də deyiləm. Fədayə də nə istəyir danışsın.

- Bəstəkar, müğənni Elza Seyidcahana da söz atmısınız. Demisiniz ki, Elza Seyidcahan dahi deyil...

-Hə, demişəm. Amma daha belə formada yox da. Mənə dedilər ki, Elza özünü dahi hesab edir. Mən də dedim ki, daha Bülbül, Üzeyir, Rəşid Behbudovdur. Ola bilər ki, gələcəkdə bizə də dahi desinlər. Amma Elzanın dahi olmasına çox var. Bu barədə Elzaya sual versələr də o, heç vaxt mənim haqqımda pis danışmaz. Çünki Elza bilir ki, bizi dalaşdırmaq istəyirlər. Mən fitvalara uymaram. Onu çox istəyirəm.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti