Hadisədən Aleyna Tilki etirafı

Hadisədən Aleyna Tilki etirafı


Müğənni Hadisə həmkarı Aleyna Tilkiyə söz atması ilə bağlı iddiaları rədd edib.

Konsertlərinin birində yaşanan izdiham səbəbindən səhnəni tərk edən, onun ardınca isə səhnəyə çıxan Hadisənin fanatları “Tilkini qovub “Şampiyon”u çıxartdıq” şüarı yazılmış plakat qaldırıblar. Hadisənin də həmin plakatın şəklini sosial şəbəkədə paylaşması həmakrına söz atması kimi dəyərləndirilmişdi. Lakin müğənni Aleynanı çox sevdiyini və belə bir niyyətinin olmadığını deyib:

“Belə şeylərə sosial şəbəkədən cavab verməyi xoşlamıram. O fotonu səhifəmə mən yükləməmişdim. Kiminləsə mübahisəyə girmək niyyətim yoxdur. İndiyədək mənə söz atdılar, amma susdum. Aleyna Tilkini də çox sevirəm. Kömək üçün mənə zəng vursa, əlimdən gələni edərəm. Belə söz-söhbətə ehtiyacım yoxdur”.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti