"Azərbaycan filmini Elməddindən xilas etmək lazımdır" - qalmaqal

"Azərbaycan filmini Elməddindən xilas etmək lazımdır" - qalmaqal


"Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan filmini, teatrını xilas etmək lazımdır. Elməddin xeyirxah oğlandır, getsin menecerlik eləsin. Bunu mən deyirəm, Şeyx Əbdül Mahmudov".

Bu sözləri aktyor, rejissor Şeyx Əbdül Mahmudov "Səhər-səhər" proqramında deyib.

O, aktyor Elməddin Cəfərovu tənqid edib:

"Tamaşaçını o günə biz gətirmişik ki, onlara baxır. Tamaşaçıya alternativ sənət əsəri göstərsək, ona baxmaz. Cavanlara həmişə yaşıl işıq yandırmalıyıq. Şərait olmasa içindən yaxşısını, pisini seçə bilməyəcəyik. Amma 2 şərt olmalıdır. Birincisi yüksək səviyyədə peşəkarlıq formalaşmalıdır, ikincisi də ciddi nəzarət ortaya qoyulmalıdır. Yoxsa istedadlı bir gənc utancaqlıqdan çəkilir qalır qıraqda.

Bir vaxtlar Alim Qasımovun üstünə tökülmüşdülər. İndi bütün dünya Alim Qasımovla fəxr edir. Elməddinin özünə də demişəm. Demişəm ki, oğul, sən Gəncə teatrından keçmisən. Teatrın ən yaxşı vaxtında Elməddin yaradıcı heyətin içində olub. Sadəcə olaraq bu adam aktyorluq, kino sənəti üçün yarayan deyil. Bu adama bu istedad verilməyib. Onun çox yaxşı təşkilatçılıq qabiliyyəti var. O sahədə onun gördüyü işlər əvəzsizdi. Bu işlə də davam etsin".



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti