Aslının "Kardeşim benim 2"də çəkilməməsinin əsl səbəbi bəlli oldu

Aslının "Kardeşim benim 2"də çəkilməməsinin əsl səbəbi bəlli oldu


Murat Boz və Burak Özçivitin baş rolda oynadığı “Kardeşim benim 2”in çəkilişləri bitib.

Filmin birinci bölümündə "Zeynep" obrazını oynayan aktrisa Asl Enver ikinci bölümdə yer almayıb.

Aslının ekran işində görünməməsinə Burak aydınlıq gətirib. O bildirib ki, ekran əsərinin ikinci hissəsi birincidən tamamilə fərqli olduğu üçün aktyorlar da yenilənib:

“Birinci filmimiz daha drammatik idi. Maraqlı tərəfləri də var idi, amma bir az ciddi mövzuda idi. İkinci hissə isə başdan-ayağa komediyadır. Ad eynidir, amma mövzu dəyişilib deyə ekran işinə yeni nəfəslər gətirmişik. Ona görə Aslını yenidən çəkmədik”.

Qeyd edək ki, “Kardeşim benim 2” çəkilərkən Enver ilə Boz ayrılmışdı. Məlumata əsasən, aktrisa filmdəki rolundan imtina etmişdi.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti