Tuba sevgilisinə görə anasıyla dalaşdı

Tuba sevgilisinə görə anasıyla dalaşdı


Türkiyəli aktrisa Tuba Büyüküstünlə anası Handan Büyüküstün arasında gərgin anlar yaşanıb.

Bir neçə gün bundan əvvəl ana və qız arasında böyük mübahisə meydana gəlib.

Tuba gərgin ortamdan sonra oturduqları restoranı tərk edib. Daha sonra anası hesabı ödəyərək məkandan ayrılıb.

Büyüküstün ailəsi arasında yaşanan mübahisənin təfərrüatı ortaya çıxıb. Belə ki, H. Büyüküstün qızının iş adamı Umut Evirgenlə sevgili olmağına etiraz edir və bu münasibətə icazə vermək istəmir.

Mətbuata verilən məlumata görə, Handan Büyüküstün Evirgenin qızının statusuna ləkə gətirdiyini düşünür.

O, biznesmenin onları çəkən fotoqrafa hücum etməsi, hava limanında Tubanın fanatıyla sərt danışmasını əlində əsas tutur.

Bundan əlavə, ana qızının 5 iyun tarixində əri Onur Saylak ilə boşanmasına da etiraz edib və ailəsini dağıtmamağını məsləhət görüb. Lakin, Tuba anasının tövsiyələrinə məhəl qoymayıb.

Qafqazinfo
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti