"Şantaj dolu mesajlar, keçmiş evlilik - Türkə ərə gedən aktrisanın ailəsində problem

"Şantaj dolu mesajlar, keçmiş evlilik - Türkə ərə gedən aktrisanın ailəsində problem


Aktrisa Cəmilə Tağızadənin Milli.Az-a müsahibəsi.

- Cəmilə, Bakıda özünüzə toy edib Türkiyəyə köçdünüz. Bal ayınızı necə keçirdiniz?

- Bəli, toydan sonra Türkiyəyə köçdüm və burda da mənim həm toyum, həm də xınayaxdı mərasimim oldu. Bal ayını həyat yoldaşımla Alanyada keçirdik. Çox gözəl və yaddaqalan gün oldu.

- Qaynananızla bir yerdə yaşayırsınız, yoxsa ayrı?


- Maşallah olsun ki, çox gözəl bir ailənin gəliniyəm. Qayınanam məni həqiqətən də çox istəyir. Elə mən də onu. Yad yerdə olduğumu mənə hiss etdirmirlər. Amma ayrı yaşayırıq, bir yerdə yaşamırıq. Mən onunla da sevə-sevə yaşayaram. Bəzi problemləri nəzərə almasaq, hər şey ürəyimizcədir.

- Hansı problemlərdir ki, onlar?

- Məncə hər bir ailənin özünəməxsus problemləri var. Bizdə də özümüzəməxsus bir şeylər ortalıqa çıxdı. Həyat yoldaşımın keçmiş xanımı bizim ailəmizi rahat buraxmır. Halbuki mən o qadını heç tanımıram. Qadının şantaj və təhdidləri bitmir. Nəinki məni, o qadın mənim dostlarımı da,ailəmi də, ətrafımı da narahat edir. Hələ bu azmış kimi mənə qarğışlar da edir, sanki ailəsini mən dağıtmışam. Onun bütün yazdıqlarına rəğmən nə mən, nə də yoldaşım ona cavab vermirik. Çünki biz onu artıq məhkəməyə vermişik, həmin xanımla məhkəmədə danışacağıq. Yoldaşım həmin qadınla 4 il bundan əvvəl ayrılıb. Ortalıqda bir uşaq da var. Uşağın lazım olan xərclərini yoldaşım artıqlaması ilə ödəyir. Üstəlik də qadın həm yalançı,həm də fırıldaqçıdır. Onun işi insanlara pul atmaqdan ibarətdir. Yoldaşım onun bütün xərclərini, atdıqı insalara bütün pulları ödəyib. Amma yenə də bizdən əl çəkmir.

- Qadının istəyi nədir ki?


- Düzünü desəm, heç məndə onun istəyini bilmirəm. Əsl istəyi puldur, qadın pul hərisidir. Camaatı aldatmaqla yığılan borcları yoldaşıma ödətdirmək istəyir. Utanmadan bir də alınan qızılları məndən istəyir.Halbuki biz o qızılları bir yerdə gedib almışıq. Mənə məxsus olan qızılları ona vermək məcburiyyətində deyiləm. Halbuki hamıya yalandan deyib ki, qızıllar onundur. 4 il bundan öncə o qadın ortalıqda yox idi, evlənən kimi ortaya çıxdı. Bilmirəm ki, məqsədi nədir.

- Yoldaşınızla evlənərkən ailəli olub, ayrıldığını bilirdiniz?

- Ətraflı şəkildə bilmirdim, amma gələndən sonra çox şey bildim. Həyat yoldaşımla tanış olanda mənə hər şeyi olduğu kimi dedi. Mən onu insanlığına görə qəbul etdim.

- Üzə çıxan qadın sizə yoldaşınızla aranızda problem yaratmadı ki?

- Əlbəttə ki, ailəmizdə bir xeyli problem yaratdı. Bu problemi də özünə məhkəmədə yaradacağıq. Tam olaraq səmimi deyirəm ki, anamın və qohumlarımın bu məsələdən qətiyyən xəbərləri yoxdur. Hələ də bu problemləri onlara deməmişəm.

- Bilsələr, münasibətləri necə olacaq?

- Eşitsələr, təbii ki, çox pis olacaqlar. Anam xəstə adamdır, təzyiqi yüksəkdir. Belə olacağı heç kimin ağlına gəlməzdi. Yatsaydıq yuxumuza da girməzdi.Anam ailəli olub, ayrıldığını bilirdi,amma üzə çıxan problemləri bilmir. Bu bizim ailə sirrimiz idi deyə qohumlarımıza demədik.

- Bu təhdidlər kimlərsə tərəfdən xüsusi atılmış bir addım ola bilər?

- İnamıram belə bir şey olsun. Çünki bu qadını Azərbaycanda heç kim tanımır.

- Hər addımınızla insanlar tərəfindən qınaq atəşinə tuş gəlmisiniz. Bundan sonra olacaq olan qınaqlara hazırsınızmı?

- Xeyr, hazır deyiləm, amma heç vecimə də deyil. Əsas odur ki, mən xoşbəxt olum. Mənim ailə xoşbəxtçiliyimi heç kim poza bilməz.

- Sənət həyatınızda hələ də durğunluqdur?

- Bəli, sənət həyatımda hələ ki, durğunluqdur. Çünki başım problemlərə qarışıb. Yaxın günlərdə Türkiyədə yeni layihələrdə iştirak edəcəyəm. Çox istərdim ki, çəkildiyim "Cekpot" və "İkinci pərdə" filmlərinin qala gecəsinə qatılım. Qala gecələrində iştirak edə bilməsəm də, yanvar ayında mütləq şəkildə Yeni il bayramı üçün Azərbaycana gələcəyəm.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

21.10.2017 / 10:00
 
Xəbər lenti