Məleykə Əsədova xalq artistini BAĞIŞLAMADI: Sözü deyəndə düşünərdi

Məleykə Əsədova xalq artistini BAĞIŞLAMADI: Sözü deyəndə düşünərdi


Bu gün "5/5" verilişinin aparıcısı Zaur Kamal xalq artistləri Ramiz Məliklə Məleykə Əsədovanın qalmaqalına aydınlıq gətirmək üçün xanım aktrisanı canlı efirə qoşub.


Məleykə Əsədova aktyor Ramiz Məlikin onun ünvanına səsləndirdiyi təhqiredici kəlmələrlə bağlı canlı yayımda sərt çıxışı ilə yadda qalıb:

"Bu məsələ mənə çox pis təsir edib. Sənətimlə məşğul ola-ola qızımı böyüdürəm. Biz ikimizik! İşlədiyim teatrın kollektivinə, teatrımızın rəhbəri Azər müəllimə təşəkkür edirəm. Mən özümə hörmət edirəm ki, başqasına da hörmət etməyi bacarıram. O, Facebook səhifəsində mənim şəklimə fikrini bildirib. Halbuki, məni bir gün qabaq teatrda görmüşdü. Xoş ünsiyyət də qurmuşduq. Həmişə ünvanıma xoş sözlər deyib. Mənə də bu dediyi çox təəccüblü gəldi. Bircə bunu demək istəyirəm ki, hər şeyi həyatda bağışlayaram, mənim bir qüruruma, anama, atama, qızıma, mənim ailəmə "əl uzadanı" mən ömrü boyu bağışlamaram. Mənim qürurum milyonlardan, milyardlardan, sənətimdən, hər şeydən üstündür. Mən bircə Allahın qarşısında əyilirəm. Allah da məni ondan başqa heç kimə möhtac qoymasın. Mən ən müasir dəblə geyinirəm. Xaricə uzun geyimdə getməyəcəm ki. Belə geyinəcəm hələ də. Çünki bədən ölçülərim buna uyğundur. Mən anam-atamın ruhuna söz deyəni heç vaxt bağışlamaram. Sözü deyəndə düşünərdi".

Qeyd edək ki, xalq artistləri Məleykə Əsədova və Ramiz Məlik Akademik Milli Dram Teatrının aktyorudurlar. Teatrın direktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətovdur.

Milli.Az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti