Məşhur müğənninin atası ömürlük həbs edildi

Məşhur müğənninin atası ömürlük həbs edildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və baldızı qızını öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Q.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci il martın 24-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir və baldızı qızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını küt alətlə qətlə yetirib. O, hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Q.Hüseynov "N Brother" qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti