Azərbaycanlı müğənni MÜFLİS OLDU - VİDEO

Azərbaycanlı müğənni MÜFLİS OLDU - VİDEO


ARB TV-nin "Günə davam" proqramının budəfəki qonağı müğənni Mənzurə Musayeva olub. Müğənni sənət aləmində ona paxıllıq edənlərin olduğunu qeyd edib.

"Reytinqləri qaldırmaq üçün qalmaqal edənlər var. Xalq məni çox sevir. Ona paxıllıq edənlər var. Toylarım olur, deyirlər ki, bu nə edib ki, toyları var. Biz xalq üçün oxuyuruq".

Mənzurə Musayeva müğənni Damlanın, "Hər gün toydayam" fikrinə də cavab verib.

"Yaxşı edir. Mən də sevirəm onu. Xalq Damlanı sevir. Nə qədər müğənni çıxır, amma tutuzduran az olur. Əksinə biz ona dəstək olmalıyıq. Bu mövsüm mən də hər gün toyda olmuşam".

Müğənni sonda uğursuz biznes həyatından da danışıb.


"Yüngül biznesim var idi. Hamısı əlimdən getdi. Bəzi problemlərim oldu. Daş karyerim var idi. İşlədə bilmədik. Çox itkim oldu. müflis oldum. Yüz mindən gedir söhbət. Hələ o qədər də çıxmamışam. Borcum da yoxdur. İşi görə bilmədik".



Publika.az


Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti