"Sözlərinə görə cavab verəcəksən" - Məleykədən sərt ismarıc

"Sözlərinə görə cavab verəcəksən" - Məleykədən sərt ismarıc


Xalq artisti Ramiz Məliklə həmkarı Məleykə Əsədova arasında qalmaqal davam edir.

M.Əsədova R.Məliki məhkəməyə verəcəyini bildirib:

“Xalq artisti Ramiz Məliki saytların birində ailəm, anam, atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ata və anamın ruhuna görə onu bağışlamayacağam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç vaxt məhkəməyə müraciət etməmişəm. Amma bu dəfə ailəmə dil uzatdılar. Yanımda olan hər kəsə təşəkkür”.

Xatırladaq ki, iki həmkar arasında mübahisəyə səbəb aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar olub. Fotoları görən aktyor həmkarına həmin şəkillərlə özünü, ona verilən fəxri adı və teatr kollektivini biabır etməməyi məsləhət görüb.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti