İbrahim bu fotoya üsyan etdi: "Mənim orada nə işim var?"

İbrahim bu fotoya üsyan etdi: "Mənim orada nə işim var?"


Müğənni İbrahim Tatlıses sosial mediada yayılmış şəklini gördükdə üsyan edib.

Sosial şəbəkələrdə ifaçının fotoşopla hazırlanmış Şimali İraqda səsvermədə olduğunu əks etdirən fotosu yayılıb.

Şəklə müxtəlif şərhlərin yazıldığını görən İbrahim rəsmi İnstaqram səhifəsində buna aydınlıq gətirib. O, fotonun orijinal variantını hesabında paylaşaraq yazıb:

“Ağıl var, məntiq var. Mənim Türkiyə vətəndaşı ola-ola İraq referendumunda nə işim var? Bəziləri fotoşopdan istifadə edərək insanları aldatmağa çalışırlar. Gözəl qardaşlar, orijinal şəkil paylaşaraq istədim biləsiniz ki, bu, 16 aprel konstitusiyaya dəyişiklik zamanı çəkilmiş fotodur. Bir ildir İzmirdəyəm, heç hara getməmişəm. Bunu hamı bilir. Odur ki, kimin nə etmək istədiyini anlaya bilmirəm”.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti