"Boşandığım ərlərim mənimlə barışmaq istəyir" - Mənzurə

"Boşandığım ərlərim mənimlə barışmaq istəyir" - Mənzurə


"Zərin qədrini vaxtında bilmək lazım idi. Gedirlər pis ilə ailə qurub yaşayırlar, sonra da deyirlər ki, Mənzurə ilə həyat nə gözəl imiş".

Bu sözləri müğənni Mənzurə Musayeva "APA TV"-nin "Show time" verilişində deyib.

Sənətçi bildirib ki, boşandığı iki əri də onunla barışmaq istəyir:

"Yoldaşıma hörmət əlaməti olaraq qazandığımı xərcləməzdim. Fikirləşərdim ki, yoldaşımın xətrinə dəyər. Mənimlə ailə qurmaq istəyən adamlar çoxdu, yaxına buraxmıram. Keçmiş həyat yoldaşlarımın ikisi də mənlə barışmaq istəyir, amma razılaçmıram".

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.




Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti