Cabir Abdullayev işinə geri qaytarıldı

Cabir Abdullayev işinə geri qaytarıldı


Xəbər verdiyimiz kimi, əməkdar artist Cabir Abdullayev Azərbaycan Milli Konservatoriyasındakı işindən uzaqlaşdırılmışdı.


Xanəndə iki gün əvvəl yenidən müəllimlik fəaliyətinə qayıdıb.

C.Abdullayev əməkdaşımızla söhbətində xəbəri təsdiqləyib. O bildirib ki, bu gündən işə başlayır:


"Dərslərdə bölgülər var idi, burada çətinlik yaranmışdı və işimdən uzaqlaşdırılmışdım. Sonra bu problem aradan qaldırılıb, dərslər normal qaydada bölünüb. Sağ olsunlar, yenidən işimə qaytardılar. Arada anlaşılmazlıq olmuşdu. İndi hər şey yolundadır, əvvəlki kimi işimdəyəm. Həftənin cümə günü geri qaytarılmağımdan xəbərim oldu. Bu gündən işimə başlayıram.

Media da bu hadisədə yanımda oldu. Çox sağ olsunlar ki, məni diqqətdə saxladılar. Hamı mediadan şikayətlənir, amma mən onlardan dəstək gördüm. Ölkənin sənət adamlarına qarşı çox diqqətlidirlər. Düz nədir onu da verdilər".

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti