“Bir dəfə geyindiyim paltarı 2-ci dəfə əynimdə görə bilməzsiz”

“Bir dəfə geyindiyim paltarı 2-ci dəfə əynimdə görə bilməzsiz”


Müğənni Günay İbrahimli yeni foto-layihəsini təqdim edib. Gənc ifaçı bu dəfə dörd obrazda kamera qarşısına keçib.


G. İbrahimli “Qafqazinfo”ya açıqlamasında ən çox fotosessiya etdirən məşhurlardan biri olduğunu söyləyib.

Sənətçi uzunmüddətdir ki, kamera qarşısına keçmədiyini, yeni mövsümə iddialı gəldiyini bildirib:

“Şou-biznesdə ən çox foto-layihə edən müğənnilərdən biriyəm. Yeni sezona başladıq. Sevənlərimiz istəyir ki, bizi yeni görkəmdə görsünlər. Daha maraqlı olmaq üçün belə bir çəkiliş etdik. Bundan əlavə, üç mahnı yazdırmışam: “Ürəyimin qatili”, “Bu gün mən peşmanam” və “Kabus”. Bir-birindən fərqli tərzdə yazılan bəstələrdir. “Ürəyimin qatili”ni ekranlaşdırırq, klipi Əli Fərhad çəkir”.

Günay daha çox şəxsi həyatı ilə gündəmdə olduğunu deyənlərə ismarış yollayıb:


“Mən gördüyüm işləri saya bilərəm. Mahnılar və kliplər çəkdirmişəm. Özünüz bilirsiz ki, Azərbaycanda klip bazarı yoxdur, kasatdır. Klipləri mahnını daha yaxşı çatdırmaq üçün çəkilir. Mən belə düşünürəm. Şükürlər olsun ki, sosial şəbəkələrdən daha çox istifadə olunur.

“Bir dəfə geyindiyim paltarı 2-ci dəfə əynimdə görə bilməzsiz”


Bütün layihələrimizi bu cür təqdim edir, dinləyicilərimizə çatdırırıq. Hər bir insanda olduğu kimi mənim də şəxsi həyatım var. Şəxsi həyat deyən kimi sevgili yada düşür. Mən bunu başa düşə bilmirəm. Bura ana, bacı, qardaş, ata da daxildir”.

Müğənni qarderobundakı geyimlərin qiymətini açıqlayıb:

“Düşünürəm ki, bütün xanımlar daş-qaşı, zinət əşyalarını, geyimi, kosmetik vasitələri çox sevir. Yeni bir şey alan kimi xoşbəxt oluruq, özümüzü yaxşı hiss edirik. Bütün xanımlarda olduğu kimi mənim də ürəyim gözəl olur. Geyimə çox önəm verirəm. Bir dəfə geyindiyim paltarı ikinci dəfə əynimdə görə bilməzsiz. Bu demık deyil ki, mən özümdən razıyam.

Xeyr, sadəcə olaraq insanların gözünü yormaq istəmirəm. Həmin paltarı 6 ay sonra geyinə bilərəm. Məşhur markalara əlbəttə ki, müraciət edirəm. Qarderobumda 20 manatlıqdan əşyadan 20 minlik geyimə qədər var. 2,5, 10 minlik paltarım var. Müxtəlif qiymətlərdədir. Hansısa bir köynəyim məşhur brend, şalvarım naməlum marka ola bilər. Qiymətə çox da önəm vermirəm”.

“Bir dəfə geyindiyim paltarı 2-ci dəfə əynimdə görə bilməzsiz”


İbrahimli ad günündə hədiyyə kimi ona pul verilməsinə etiraz edib:

“Hədiyyə verməyi və almağı sevirəm. Müqayisədə mənə verilən hədiyyələri daha çox sevirəm. Bu zaman özümü daha yaxşı hiss edirəm. Yeni bir ənənə yaranıb. Doğum günündə pul verirlər. Mənim belə şeydən xoşum gəlmir. Sevirəm ki, hədiyyələr alınsın, mən də evə gedən zaman baxım, zövq alım”.

“Bir dəfə geyindiyim paltarı 2-ci dəfə əynimdə görə bilməzsiz”

“Bir dəfə geyindiyim paltarı 2-ci dəfə əynimdə görə bilməzsiz”

“Bir dəfə geyindiyim paltarı 2-ci dəfə əynimdə görə bilməzsiz”

“Bir dəfə geyindiyim paltarı 2-ci dəfə əynimdə görə bilməzsiz”

“Bir dəfə geyindiyim paltarı 2-ci dəfə əynimdə görə bilməzsiz”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti