Adı fahişə qalmaqalında hallanan iştirakçı danışdı - ilk dəfə+video

Adı fahişə qalmaqalında hallanan iştirakçı danışdı - ilk dəfə+video


Xəbər verdiyimiz kimi, Zuhal Topalın aparıcılıq etdiyi izdivac verilişinə qatılan Birkan adlı bəy namizədi qadınları əxlaqsızlığa cəlb etmə cinayətindən həbs edilib.

Birkan ilk dəfə adının “fahişəlik əleyhinə əməliyyat”da hallanmasından danışıb.

O, yaxşılığının sui-istifadə edildiyini bildirib:

“İnşaallah, məhkəmədən azad buraxılsam, lazımı açıqlamaları verəcəm. Haqqımda danışılanlar düzgün deyil. İki nəfər, bir nəfər deyiləsi bir şey yoxdur. Fahişəlikdən söz gedə bilməz. Yaxşılıq etmişəm, bu da qızlara aid deyil, bundan sui-istifadə ediblər. Məsələ çox fərqlidir”.

Qeyd edək ki, Adanada polis fahişəlik təklif edən bir neçə sayt aşkarlayıb. Həmin internet prortallarının sahibləri – ikisi qadın olmaqla 20-yə yaxın adam polis tərəfindən həbs edilib. Araşdırma zamanı onların 700 qadını əxlaqsızlığa cəlb etdiyi bəlli olub. Onlar müştərilərə 1000-6000 lirə qarşılığında xidmət göstəriblər.

Birkanın iki qadını əxlaqsızlıq üçün sayta gətirdiyi də ortaya çıxıb.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti