Könülə qızıl hədiyyə etdilər - video

Könülə qızıl hədiyyə etdilər - video


Müğənni Könül Kərimovaya həmkarı Nazənin ad günü sürprizi edib.

Gecce.az lent.az-a istinadən xəbər verir ki, sənətçi özəl gününü rəfiqəsinin bağında keçirdiyini söyləyib:

“Ayın 14-ü rəfiqəm Nazəninin oğlu Orxanın ad gününü qeyd etdik. Saatlar 00:00 göstərdiyi zaman isə Nazənin mənə sürpriz etdi. Üstündə mənim şəklim olan tort düzəltdirib, məni təbrik etdi. Eyni zamanda mənə ailəsinin adından qızıl qolbağı bağışladı. Bu diqqətə görə ona sonsuz təşəkkür edirəm”.

K.Kərimova bildirib ki, ola bilsin ki, yeni yaşını təmtəraqlı qeyd etsin:

“Ola bilər 1 günün içində bütün dostlarıma zəng edim ki, ad günü keçirirəm. Hələ düşünürəm. Mənim bu həyatda hələ ki, gerçəkləşməyən bir arzum var. O arzumu hələ açıqlamıram. Zamanı gələndə hər şeyi biləcəksiniz. Allah hər kəsin arzusunu çin etsin, bizimlə bərabər”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti