Nigarın DYP ilə bağlı məsələsinə Eldar da qarışdı

Nigarın DYP ilə bağlı məsələsinə Eldar da qarışdı


Avroviziya tarixində ilk dəfə Azərbaycanı ən yüksək pilləyə qaldıran məşhur “El-Nikki” cütlüyündən tanıdığımız Eldar həmkarı və yaxın dostu Nigarın yol polislərinə qarşı yazdığı statusla bağlı Teleqraf.com-a eksklüziv açıqlama verib.

Eldar bildirib ki, o, dəfələrlə Nigarın sürdüyü avtomobilin sərnişini olub:

“Əminliklə deyə bilərəm ki, Nigar çox təcrübəli sürücüdür. O, çox nadir hallarda qaydanı poza bilər. Əgər fikirli olsa! Məncə, Nigar bu məsələdə haqsız ola bilməz. O, sadəcə bir anlıq emosiyalarına təslim olub və belə aqressiv status yazıb. Düzdür, mən onun yazdığı həmin statusu görməmişəm, amma yenə obyektiv olmağa çalışacağam. Biz ölkənin sevilən simaları kimi hər zaman yol polislərinin hörmətini görmüşük”. Eldar deyib ki, Azərbaycanda polis kimi çalışan minlərlə işçinin arasında 1-2 nəfər “pis işçi”nin olması da istisna deyil: “Sadəcə, Nigarın səhvi ondadır ki, o, ümumi danışıb, konkret heç nə söyləməyib. Vaqif Əsədovu da qıcıqlandıran yəqin ki, budur. Amma mən düşünürəm ki, əgər Vaqif müəllim bu işə əl qoyubsa, problem tez bir zamanda aradan qalxacaq!”

TELEQRAF.COM
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti