"Polislər məndən üzr istəməlidir, mən adi adam deyiləm..." - Nigar Camal COŞDU

"Polislər məndən üzr istəməlidir, mən adi adam deyiləm..." - Nigar Camal COŞDU


"Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi ilə danışdım və məsələni həll etdik" .

Gecce.az xəbər verir ki, bu sözləri sonxeber.az-a açıqlamasında müğənni polis əməkdaşının ona qarşı etdiyi hörmətsizlikdən sonra paylaşım etməsinə münasibət bildirərkən deyib:

"Həyatım boyu heç kimdən şikayət etməmişəm. Qalmaqalları, davanı xoşlamıram. Amma o polis əməkdaşından elə hörmətsizlik gördüm ki... Qanunsuz şəkildə üstümə gəlib, məni səhv çıxardı. Polis bizi qorumalıdır, öz millətinə hörmət etməlidir. Mən sadəcə bildirdim ki, o ifadəni bütün polis əməkdaşlarına aid etməmişəm. Bəzilərini vurğulamışam. Nə isə, məsələni həll etdik. Və bundan sonra şikayətim olsa, 102 nömrəsinə zəng edə bilərəm".

N.Camal vurğulayıb ki, dediyi ifadələrə görə heç kimdən üzr istəməyib:

"Ona görə ki, mən heç nəyi yalnış etməmişəm. Onlar məndən üzr istəməlidir. Mənim maşınımı əlimdən almaq istəyirdilər, üstümə gəlib, mənimlə böyük-böyük danışırdılar. Axı mən niyə üzr istəməliyəm? Mənə qayıdıb deyir ki, mən sənin üçün adi adam deyiləm. Bəs mən adi adamam? Hörmət qoymaq lazımdır.".

İnstagramdakı paylaşımını niyə silməsinə isə N.Camal belə aydınlıq gətirdi: "Çox artıq-əksik şərhlər yazırdılar. Hətta bir nəfər mənə yazıb ki, sizin adınızı millət yüksək yerlərə qaldırb, o adı aşağı salmasını da bilərik. Axı siz mənə belə bir şey deyə bilmərsiz. Mən Azərbaycanın adını Avropada qaldırmışam. Siz bunu kimə deyirsiniz?! Sadəcə bir kəlmə yazdım, ayıb olsun sizə!"

Xatırladaq ki, tanınmış müğənni Nigar Camalın şəxsi "facebook" hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələri böyük qalmaqal doğurub.

"DYP – axır zamanlar çox qudurublar. Daha susmaq istəmirəm. İdeal olmasam da həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə maşın sürmək mümkün deyil. Yolda "inomarka" görən kimi arxasınca sürüb saxlatdırırlar. Birinci kobud formada kəmərə ilişirlər. Sonra da spirtli içkiyə. Əmin edirsən ki, spirtli içki qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı meydançaya götürməliyik. "Cərimənizi ödəyin" demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti