"Kara sevda" və "Poyraz Karayel" final edir? - dünənin reytinqi

"Kara sevda" və "Poyraz Karayel" final edir? - dünənin reytinqi


Bir həftəlik fasilədən sonra bəzi türk serialları yayımına davam edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünənin reytinqində "Kara Sevda" yenə də gözlənilmədən geriləyərək 5-ci pilləyə düşüb. Ümumi reytinqdə o, günün lideri olan "Diriliş Ertuğrul"a və "NO:309"a uduzub.

Kərəm Bürsin və Leyla Lidia Tuğutlunun yeni serialı "Bu şehir arkandan gelecek" isə ikinci seriyası ilə 8-ci yerdə qərarlaşıb.

Ötən mövsümün daha bir fenomen serialı olan "Poyraz Karayel" də gözlənilmədən 18-ci pilləyə düşüb.

Qeyd edək ki, "Kara sevda" və "Poyraz Karayel"in ötənilki uğurlarını təkrarlaya bilməmələri ucbatından onların bu mövsüm final edəcəyi deyilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                          
40 milyona 20:43 40 milyona "Ferrari" almaq istəyən Dadaşova bacıları: "VİP müştəri xahiş etmişdi..."