Xalq artisti: “6 yaşımdan həbsxanada olmuşam"

Xalq artisti: “6 yaşımdan həbsxanada olmuşam"


"Moşu" obrazı ilə tanınan aktyor Valeh Kərimov uşaqlığında yaşadığı çətinliklərdən "Geriyə baxanda" verilişində danışdı:

“6 yaşımdan həbsxanada olmuşam. Bizi ailəmlə birlikdə sərhədi keçərkən Cəlilabadın Prişib qəsəbəsində bizi həbs etdilər. Bizi qazamatda saxlayırdılar. Bizim ailə ilə yanaşı neçə-neçə ailələr var idi orada. Qadınlar var idi öz uşaqları ilə həbs olunmuşdular. Bizi bir vanna otağına saldılar.Böyük hamam vannası var idi. Biz o vannada yaşayırdıq. Dəmir qablarda sup və çay verirdilər.Həyətə çıxanda əsgərləri gördqk gedib - gəlirdik. Türmə həyatını mən onda görmüşəm. 2 ay elə yaşadıq. Sonradan bizi ümumi türməyə keçirdilər. Oranın həyəti də var idi. Uzun bir toyuq ferması idi. Təmizləmişdilər, iyi gəlirdi. Bir neçə müddət orada qaldıq. Sonra dedilər ki, sizi buraxacaqlar. Səs-küy aləmi götürmüşdü. Bizi yük vaqonlarına yığdılar və bir kəndə apardılar. 17 ailə olardı təxminən, bizə demokrat deyirdilər. Sonra da həyatımız öz axarı ilə davam etməyə başladı”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort