Nura pulsuz tədbirlərdən imtina etdiyini yazdı və sonra sildi

Nura pulsuz tədbirlərdən imtina etdiyini yazdı və sonra sildi


Vergilər Nazirliyinin şou nümayəndələri ilə bağlı son açıqlamaları, eyni zamanda dolların məzənnəsindəki yüksəliş bu təbəqədən olan insanları narahat edir.

Gecce.az xəbər verir ki,Nura Suri artıq pulsuz tədbirlərdə oxumayacağı qərarını verib:

“Dostlar heç kəs inciməsin bizdən. Bundan sonra pulsuz tədbirlərə gəlib oxuya bilməyəcəyik. Toy, ad günü, tədbir və s... fərqi yoxdur. Çünki vergiyə sübut edə bilməyəcəyik ki, dost tədbirinə pulsuz gəlmişik. Xeyriyyə konsertlərinə də qorxa-qorxa gedirik. Qəribə zəmanədə yaşayırıq. Robotlaşma gedir insanlarda. 1 sözə, xahişə iş həll etmək qeyri-mümkün olub. Bir-birimizin evinə zəngsiz getmirik artıq. Utanırıq ki, masaya yemək, çay qoyulacaq. Birdən imkanı çatmaz. Bundan sonra toylara və ad günlərinə yalnız yaxın adamları dəvət edəcəyik. Dostlara belə qıymayacağıq hədiyyəni. Allah özü kömək olsun! Nə bilim Vallah. Çox söz yazmaq istəyirəm, amma nə dəyişəcək”.

Lakin bir az sonra sənətçi yazdığı statusu silib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort