Günay Musayeva qəzəbləndi: "O söz Azərbaycanda dəbdə ola bilər, məndə yox"

Günay Musayeva qəzəbləndi: "O söz Azərbaycanda dəbdə ola bilər, məndə yox"


Bu stil mənim yarışmasında münsiflər heyətində təmsil olunan model Günay Musayevanın danışığı sosial şəbəkədə onu izləyənlərin bir qismini ayağa qaldırıb.

Gecce.az xəbər verir ki, bəzi izləyicilər Günayı Azərbaycan üçün hazırlanan layihədə onun ana dilimizdə səlis danışmadığı üçün ittiham ediblər.
Mövzu ilə bağlı ciddi narahatlıq keçirən G.Muayeva ittiamlara belə cavab verib:

"Bu stil mənim" tamaşaçılarının proqramda türk dilində danışmağımla bağlı sitəmlərinə və diğər məsələlərə ilk və son dəfə aydınlıq gətirib, son qoymaq məqsəd ilə yazımı səbrlə oxuyun! Təəssüflər olsun ki, bəzi insanlar bir çox şeyi səhv dərk edərək, öz fikirləri ilə mənfi əhval-ruhiyyə yaradırlar. Yenə də bu dil mövzusunu gündəmə gətirərək, özlərinə ya şöhrət, ya da bilmirəm nə qazandırmaq istəyirlər. Son dəfə deyirəm, mən Azərbaycanımı çox sevirəm, amma Türkiyə mənim üçün artıq ikinci Vətən olub. Mən 7 ildir ki, İstanbulda yaşayıram və işləyirəm. Təbii haldır ki, Türk dili artıq mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Oxuduğum Universiteti birinciliklə, qırmızı diplomla bitirmişəm, və AzTvdə verliş aparmışam. Uşaqlığım ana dilində romanlar oxumaqla keçdi. İnanın, rus kanalında serial çekilişləri zamanı bele 4 ay ordakı heyətə məntürk dilini öyretmişdim, çünki mən illerle burda dil üzrə dərslər aldım. Digər sənətim aktrisalıq olduğu üçün dil qaydalarını poza bilməzdim. Ona görə də, çox xahiş edirəm, bu dil mövzusunu bağlayın. Gəlin bir-birimizə, həm öz dövlətimizə, həm də qardaş ölkəyə hörmətlə yanaşaq. Digər məsələlərə gəlincə, münsif olan dostlarıma təhqirlərinizlə səhifəmi kirlətməyin. Bu veriliş moda verilişi olmaqla yanaşı, eyni zamanda sou xarakterlidir. Zaur öz işində peşəkar və püxtələşmiş tele şoumendir. Modayla əlaqəsi olmadığını inkar etməyəcək qədər də düzgündür. Mən sizlərin vəziyyətinizə çox üzülürəm, bəslədiyiniz kin və nifrət sizə zərər verəcək deyə, qoruxuram. Kaşki sizə kömək edə bilsəm, yazıq deyilmi sizə? İçinizə sevgi, xoş görünüşlü insani duyğular girsin. O zaman həyat sizə daha çox şey bəxş edəcək . Sevgiylə bəslənməniz sizi allahın sevgili quluna çevirəcək. Həyatı daha yaşanacak hala gətirəcək. Siz insanlara bu cür nifrət bəsləyirsinizsə, heyvanlara necə əziyyət edirsiniz, mən bundan qoruxuram . Dünyanın bir çox ölkələrində olub insanları ilə tanışdım, bizim ölkəmizdəki bəzi insanlarmızdan görmədim. Vəzifədə olandan qorxan, səs eləməyən, hətta yaltaqlıq edən, birinin irəliyə getməsinə sevinməyən , bunan narahat olan, paxılıq ve qısqanclıq hisslərinə bürünmüş tanımadıqları halda şərlər atan, dedi-qodu edən və s .

Mənə gelincə, inanın heç kim olmaq fikrində deyiləm, hər kəsin öz yolu var. Burdakı o tərzdə olan verlişlərdən dəfələrlə təklif gəlməyinə baxmayaraq, kariyeram başqa yolda olduğu üçün qəbul etmədim. Azərbaycanın layihəsi olduğu üçün bunu qebul etdim. Yalan danışa bilmərəm.

İştirakçılardan kiminsə mənə tapşırıldığı sözü dolaşır. Mənə yad olan sözlə ittiham edirsiniz. O söz Azərbaycanda dəbdə ola bilər, məndə yox... Tapışırıqla gəlmədim buralara ki, kimisə də mənə tapşirsınlar. Heç kəs buna cürət edə bilməz... Siz o xanımı təklədiyiniz üçün və qəlbi təmiz olduğu üçün mən onu hər zaman dəstəkləyəcəm. Bu içimdən gəlir. Bacardığım qədər çalişacam Azərbaycan dilində fikir bildirim. Bu mənim öz istəyimdir, yoxsa bəzi "klavyatura" qəhrəmanlarının fikirlərini ciddiyə almağımdan deyil. Allah yardımçınız olsun, inşallah bəziləriniz tutulduğunuz bədxah xəstəliyindən tez bir zamanda azad olarsınız".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort