Zaur Kamal: "Sənətçilərin iç üzünü açıb göstərirəm"

Zaur Kamal: "Sənətçilərin iç üzünü açıb göstərirəm"


Teleaparıcı Zaur Kamal müğənnilərdən danışıb.


Gecce.az xəbər verir ki, Starlife verlişinə açıqlama verən Zaur verlişində sənətçilərin xarakterinə görə, onlara sual verdiyini bildirib:

"Müğənnilərin iç üzünü bilirəm. Bütün günü də internetdəki xəbərləri izləyirəm. Ona görə də bilirəm ki, müğənniyə hansı sualı verəndə qıcıq yaradacaq. Suallarımla sənətçilərin iç üzünü açıb göstərirəm. Əyləncəli veriliş aparana ciddi baxmırlar. Amma mən o fikri dəyişdirmişəm. 18 ildir televiziya sahəsindəyəm. Hərdən deyirəm ki, mən buralıq deyiləm. Sonra fikrimi dəyişirəm ki, adam naşükür olmaz.

İki gün istirahətim olur. Hərdən dostlarım zəng vurub harasa getməyimi istəyirlər. Amma gecələr gəzmək, klublara getmək mənlik deyil.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu serial da final edir

12.12.2019 / 13:00
 
Xəbər lenti