Aygün Kazımovadan Rəqsanəyə sərt sözlər

Aygün Kazımovadan Rəqsanəyə sərt sözlər


Əməkdar artist Elza Seyidcahanın müğənni Rəqsanə İsmayılova haqqında dediklərinə xalq artisti Aygün Kazımovadan dəstək gəlib.

Müğənni “10-dan sonra” verilişində R.İsmayılovanın “Müğənnilər sponsorları ilə sevgilidir” sözlərinə əsəbiləşib:

“Elza düz deyir, bu söz-söhbətlər bitsin, sponsor sözü yığışdırılsın. Rəqsanə bir kəlmə söz dedi, hamımızı yerə vurdu. Rəqsanə, səndə belədirsə, bu o demək deyil ki, hamıda belədir. Hər kəsi öz arşınınla ölçmə. Bu başqalarına təhqirdir. Tənqid edirsən, əməyimizi, zəhmətimizi yerə vurursan. Allah bizə sənət, istedad verib, qazanırıq. Gecə-gündüz çalışırıq. Bəzi kişilərdən çox gəlir əldə edirik".

Qeyd edək ki, E.Seyidcahan R.İsmayılova haqqında bunları demişdi:

"Rəqsanə kimi müğənnilər efirə çıxandan sonra dərəbəylik oldu. Ağızlarına gələni danışdılar, durdular müğənnilərin arxasınca danışdılar, prodüserləri ilə canlı efirdə dalaşdılar, sponsorların müğənniləri maliyyələşdirməyini dedilər. Tərbiyəmizə, adət-ənənələrimizə zidd şeylər gətirdilər. Camaat da biz müğənnilərə hörmət etməkdən imtina etdilər. Bəzi şeylər gizli saxlanılmalıdır. Hər kəsin əyri-əskiyi var”.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort