Prezident baş sinoptiki qovdu - Səhv proqnoza görə!

Prezident baş sinoptiki qovdu - Səhv proqnoza görə!


Səhv hava proqnozu verən sinoptik işini itirdib.

Gecce.az Ans press-ə istinadən məlumat verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Milli Hidrometeorologiya komitəsinin sədri Batır Xallıyevi düzgün olmayan proqnoza görə qovub.

Yerli KİV-də yer alan məlumata görə, hökumətin iclasında çıxış edən dövlət başçısı qeyd edib ki, türkmən proqnozların əsas çatışmazlığı verdikləri hava haqqında proqnozun mötəbər olmamasıdır.

"Biz onların işinin mükəmməlləşdirilməsi məqsədilə qurum üçün yeni müasir administrativ bina tikdik, maliyyə yardımı göstərdik, çox sayda lazımi avadanlıq aldıq. Xallıyev söz verdi ki, bundan sonra dəqiq proqnoz verəcəklər. Lakin buna baxmayaraq son zamanlar düzgün olmayan proqnozların sayı əksinə artıb".

Berdiməhəmmədov deyib ki, bu səhv proqnozlar kənd təsərrüfatı ilə məşğul olanların işinə təsir edir, nəqliyyat sisteminin işində, kütləvi tədbirlərin təşkilində çətinlik yaradır, insanlara narahatlıq törədir.

Bütün bu amilləri sadlayan prezident baş sinoptiki işindən azad edib. Xallıyev 2010-cu ilin yanvar ayından komitə sədri postunu tuturdu.

Artıq quruma yeni rəhbər də təyin edilib - Beqenç Miminov. İclasda işini itirən ancaq baş sinoptik olmayıb. Türkmənistanın Statistika İdarəsinin rəhbəri də statistik məlumatları şişirtdiyi üçün qovulub.

Lika
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti