Tanınmış aktyorun dükanına basqın: 7 manat oğurladılar

Tanınmış aktyorun dükanına basqın: 7 manat oğurladılar


Bakıda gecə yaşayış kompleksində yerləşən bir neçə mağaza qarət olunub.

Gecce.az Criminal.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Uğur-2 kompleksində yerləşən ticarət obyektlərindən oğurluq edilib.

Naməlum şəxslər iki mağazanın qapısını sındıraraq içəri daxil olublar. Mağazalardan birindən 700 manat dəyərində ərzaq məhsulları aparıblar.

Qarət olunan digər mağaza isə tanınmış aktyor Əjdər Həmidova məxsusdur. Aktyorun mağazasında kassadan cəmi 7 manat pul aparıblar. Bundan başqa, bir neçə mağazanın qapısını qırmağa cəhd ediblər.

Oğurluq edən şəxslər artıq Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsi tərəfindən saxlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti