Türkiyədən Kremlə xəbərdarlıq: Dünya müharibəsi...

Türkiyədən Kremlə xəbərdarlıq: Dünya müharibəsi...



Rusiya aviasiyasının Suriyanın Türkiyə ilə sərhəd rayonlarına zərbələri Üçüncü Dünya Müharibəsi riskinə gətirib çıxara bilər.

Gecce.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Deyli Star” qəzeti yazıb. Qəzet bildirib ki, Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq Suriyadakı türkmanların yaşadığı ərazilərə intensiv aviazərbələrin endirilməsi ilə bağlı xəbərdarlıq edilib. Nazirlik Moskvanı Suriya-Türkiyə sərhədi yaxınlığında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Bununla bağlı Baş nazir Əhməd Davudoğlu Kremlin ünvanına xəbərdarlıq çıxışı edib.

“Əgər Türkiyə sərhədində mülki vətəndaşlara qarşı kaset bombaları atılarsa və kütləvi qətliam törədilərsə, nəticədə Türkiyədə yeni qaçqın axını baş verər və bunu edən də cavab verər”, - Davudoğlu bildirib.

Türkiyə bundan başqa Moskvadan Suriyada İŞİD-ə qarşı döyüşən kürd qüvvələrinə silah yardımını dayandırmasını istəyib.

Qəzet bildirib ki, dövlətlər arasındakı fikir ayrılığı Üçüncü Dünya Müharibəsi riskini yaradır:

“Türkiyə NATO ölkəsidir və Alyansda ikinci ən böyük orduya sahibdir. Ankara rus hərbi təyyarələrinin Türkiyə hava sərhədini pozmasından sonra türk təyyyarələrinin onları vura biləcəyi xəbərdarlığını etmişdi. Əgər Türkiyə Rusiya tərəfdən hücuma məruz qalarsa, NATO ölkələri, xüsusilə Böyük Britaniya cavab zərbəsi endirməyə məcbur olacaq”.

Qəzet həmçinin bildirib ki, Ankara və Moskva Suriya münaqişəsində fərqli mövqe tutur. Türkiyə Bəşər Əsədin getməsini istəyirsə, Rusiya öz bombardmançıları ilə Suriya prezidentinə hakimiyyətini qorumağa yardım edir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti