Habil Vəliyevə hökm oxundu » Gecce.Az Xəbər Portalı
Habil Vəliyevə hökm oxundu

Habil Vəliyevə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə hökm oxunub.

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə Habil Vəliyev son söz deyərək nəyə görə həbs edildiyini bilmədiyini deyib :

"Mən son sözümü Allah qarşısında deyəcəm. Özümü təqsirli bilmirəm. Uzun illər Allahın hüzurunda olan, ona borcunu ödəyən şəxs başqasının malına göz tikməz. Mən bunları etməmişəm. Dinimizdə də, kitablarımızda da bunlar yazır. Gərək insan Allah qarşısında yıxılmasın. Mən məhkəmədən ədalətli qərar gözləyirəm. Məni həbs edənlər də, mən də hakimiyyətin üzvləriyik. 22 il idi ki, seçki komissiyasının sədri idim. İndiyə qədər etdiyim xidmətləri və mənə qarşı edilənləri tərəzinin gözünə qoya bilmirəm. Mərdi qova-qova namərd edirlər. Mən istəyirəm ki, cəza təyin edərkən keçmişimə, fəaliyyətimə də qiymət verilsin. Mən həmişə iqtidarın yanında olmuşam. O jurnalistlərdən deyiləm ki, ayağım çölə dəyən kimi gedib iqtidarın əleyhinə yazı yazım. Mən həmişə hökumətə xidmət etmişəm. Kimsə eşidə bilməz ki, bircə dəfə də olsun qəzetimdə iqtidarın əleyhinə yazı yazım. Allah eləməsin, düşünürəm ki, əgər iqtidar dəyişsə, məni yenə həbs edəcəklər. Bəs mən bu qədər xidməti niyə etmişəm? Mən həbsimin səbəbini indiyə qədər də başa düşmürəm. Niyə, nə üçün həbs edilmişəm? İstintaqı başa düşürəm, məni həbs edən orqana da təşəkkür edirəm. Allah məni şərləyib həbs etdirənlərin cəzasını versin. 20 ildir ibadət edirəm. Qoy onların cəzasını Allah versin. Məhkəmədən ədalətli qərar veriləcəyini gözləyirəm".

H.Vəliyev məhkəmədən xahiş edib ki, üzərinə həbs qoyulan əmlakları ailəsinə qaytarılsın. Məhkəmə kollegiyasının hökmü ilə H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək H.Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb olunub. Onun evinin üzərinə qoyulan həbs götürülüb.

"Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort