“Mən də içkili idim, Elnarə də...”

“Mən də içkili idim, Elnarə də...”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində barda qıza sataşan oğlanın başından ağır xəsarət yetirməkdə təqsirləndirilən İslam Yusifovun məhkəməsi keçirilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, İ.Yusifov gecə saatlarında paytaxtın Nizami rayonunda yerləşən "Siyah-beyaz" gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb. K. Cəlilov bir dəfə qızın yaxasından tutduğu üçün İ. Yusifov ona yaxınlaşaraq iradını bildirib. Aralarında olan mübahisədən sonra o, Kamili izləyib və Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb və döyüb. Nəticədə K. Cəlilov baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.

İ.Yusifov ifadə verərək özünü qismən təqsirli bildiyini deyib: "Elnarə ilə klubda tanış olmuşduq, orada işləyirdi. Onu əvvəldən tanımırdım. Həmin gün ailəmi rayona göndərmişdim, özüm də gecə klubuna getdim. Mən də içkili idim, Elnarə də. Kamil bir neçə dəfə qıza yaxınlaşdı, o "otval" verdi. Sonra da qızın yaxasından tutdu, yaxınlaşıb ona dedim ki, bu nə hərəkətdir edirsən. O da məni söydü, mübahisə etdik, sonra aralaşdıq. Mən onu vurmaq istəmirdim, böyük bir səbəb də yox idi. İndi Kamillə barışmışıq".

Zərərçəkmiş K.Cəlilov isə İ.Yusifovun yalan danışdığını deyib:"Mən qıza cəmi bir dəfə yaxınlaşdım. Bu oğlan klubda qızla bağlı mənə hər hansı bir irad bildirmədi. Orada öz aramızda mübahisəmiz düşdü, sonra sakitləşdik. Mən səhərə yaxın saat 5-də evə getdim. İçkili idim deyə biraz binanın həyətində dayandım ki, özümə gəlim. Siqaret çəkəndə kimsə məni arxadan vurdu, nə ilə vurduğunu da görmədim. Məni İslamın vurduğunu da görmədim. Sadəcə istintaqda dedim ki, hadisədən əvvəl klubda bir oğlanla mübahisəmiz düşmüşdü".

Proses mayın 8-də davam edəcək.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort