Dostunu qumara görə öldürüb - Yalandan “sevgilimi zorlayıb” dedi

Dostunu qumara görə öldürüb - Yalandan “sevgilimi zorlayıb” dedi


Bakı Ağır Cinayətlər Məhkəməsində qumar puluna görə dostunu öldürməkdə təqsirləndirilənlər – Eşqin Rəsulov və sevgilisi Ramella Əlmuradovanın məhkəməsi başlayıb.

Hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib, proses aprelin 18-də davam etdiriləcək.

İttihama görə, Quba rayonu Alpan kəndində yaşayan E.Rəsulov 2017-ci il noyabr ayında dostu Anar Balayevi qeyri-rəsmi olaraq birgə yaşadığı R.Almuradovun evinə çağırıb və orada qumar oynayıb, spirtli içki içiblər. Daha sonra qumar puluna görə dostlar mübahisə, ardınca əlbəyaxa dava ediblər. Eşqin sevgilisi Ramelladan ip verməsini istəyib və sevgilisinin köməkliyi ilə verdiyi iplə dostunun əl-ayağını bağlayıb və döyüb. Sonda isə onu balta ilə vuraraq öldürüb.
O, ifadəsində Anarı Ramellanı zorlamaq istədiyi üçün öldürdüyünü deyib.

Qətlə yetirilən Anar Balayevin 3 azyaşlı övladı var. Hadisəni törədən Eşqin Rəsulov əvvəllər məhkum olub.


“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort