“Maşını düz sürsəydim, 3 nəfər öləcəkdi”

“Maşını düz sürsəydim, 3 nəfər öləcəkdi”


Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mirislam Yaqubovun məhkəməsi keçirilib.

Hakim Azər Paşayevin icraatında olan prosesdə baxış iclası baş tutub.

M.Yaqubov özünü təqsirli bildiyini deyərək ifadə verib. O bildirib ki, 3 nəfərin ölümünə səbəb olmamaq üçün belə bir manevr edib: "Daşla yüklənmiş" KamAz" sürürdüm, hava dumanlı idi. "Mercedes" qarşıda döngədə dayanmışdı, 3 nəfər çöldə dayanmışdı. Düz sürsəydim hamısı ölə bilərdi. Maşını qəfildən kənara çəkdim, daşlar "Mercedes"in üstünə töküldü".

Qəza zamanı "Mercedes"in içində olan və vəfat edən Səid Salmanovun qohumları mülki iddia qaldıraraq M.Yaqubovun onlara 50 min manat ödəməsini istəyiblər.

Proses aprelin 6-da davam etdiriləcək.

Hadisə 2017-ci ildə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində baş verib.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort