Lənkərandakı dəhşətli qəzada ölənlərin sayı 7-yə çatdı

Lənkərandakı dəhşətli qəzada ölənlərin sayı 7-yə çatdı


Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Gecce.az APA-ya istinadən xəbər verir ki, 6 nəfərin öldüyü qəzada ağır vəziyyətdə xəstəxanaya çatdırılan 7 yaşlı Ülvi Faiq oğlu Aslanovun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı xəstəxanada ölüb.

Qeyd edək ki, martın 31-də Lənkəranın Gərmətük kəndində 99-BJ-224 dövlət nömrə nişanlı "Shagman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə Ləj kənd sakin olan 6 nəfər ölüb.

Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir.Avtomobildə sıxılıb qalmış meyitlər FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən kəsilərək çıxarılıb.

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort