Metroda relslərin üstünə yıxılan qadının 85 yaşı varmış

Metroda relslərin üstünə yıxılan qadının 85 yaşı varmış


Bu dəqiqələrdə "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb.

Bu barədə məlumatı “Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sosial şəbəkədə paylaşıb. O bildirib ki, hazırda gərginlik kəsilib və sərnişin platformaya çıxarılır:

“Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur nəzərə alasınız”.

Nəsimi Paşayev “Qafqazinfo”ya bildirib ki, Bakı şəhər sakini, 85 yaşlı Sürəyya Məmmədova “İçəri Şəhər” stansiyasına daxil olan qatarın birinci vaqonunda olub. Vaqondan çıxan zaman sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb:

“Beləliklə, yaşlı qadın relslərin üzərinə düşüb. Tez gərginlik kəsildi, xanım relslərin üzrindən çıxarıldı. Görünüşdə hər hansı bir xəsarət olmasa da, hər ehtimal təcili tibbi yardım maşını çağırmışıq Təxminən 3 dəqiqə qatarlarımızda gecikmə oldu”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort