Elçin Şıxlı “Zerkalo”nu bərpa etdi

Elçin Şıxlı “Zerkalo”nu bərpa etdi


4 ildir fəaliyyəti dayandırılan “Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı sözügedən qəzetin internet portalını açıb.

E. Şıxlı bu barədə “Qafqazinfo”ya açıqlama verib. O xatırladıb ki, iki ildir “Ayna” nı bərpa edib: “Ancaq “Ayna” xəbər portalı kimi fəaliyyət göstərmir. Orada ancaq müəllif yazılarıdır. “zerkalo.az” isə xəbər portalı üslubunda çalışacaq. Ancaq ölkədə xəbər portallarının sayı həddindən artıq çoxdur. Eyni zamanda, deyə bilərəm ki, rus dilində olan xəbər portallarının sayı ana dilində olduğu qədər çox deyil. Zənnimcə, bu sahədə müəyyən boşluqlar var.

Biz sırf xəbər dalınca qaçmamağa çalışacağıq. Əsas odur ki, 1-2 cümləlik xəbərin dərinliyinə varanda oradan 100 cümləlik maraqlı yazılar çıxartmaq olar. Biz bu məsələyə üstünlük verəcəyik. Həm də təbii ki, sanballı və analitik yazılar da saytda olacaq. Bilmirəm nə qədər alınacaq, amma məqsəd bundan ibarətdir”.

Portala gənc jurnalistlərin cəlb edilməsi məsələsinə gəlincə isə, E.Şıxlı bunları bildirib: “Desəm ki, kollektiv demək olar ki, yoxdur, güləcəksiniz. Hələ 2-3 nəfərik. İndiki halda texnologiyaların inkişaf etdiyi bir məqamda təbii ki, kollektivə ehtiyac var. Amma hələ ki, kollektiv yığmıram. İşin gedişatı nəticəsində məsələ aydınlaşacaq. Təbii ki, komandada gənclərin də olmasına çalışacağıq. Çünki onlar daha çevikdir. Onlar texnologiyalara daha yaxşı bələddirlər. Burada söhbət mənlə çalışmaq istəyən, rus dilini yaxşı bilən, yazı yaza bilən və dünyagörüşü geniş olan gənclərdən və insanlardan söhbət gedir. Çünki bu saat problem ondan ibarətdir ki, müxbirlər məndən müsahibə alırlar, mən onlara Mask haqqında danışıram. Müxbir Maskı tanımır, onu götürüb abreviatura kimi yazır. Halbuki Mask İlon Maskdır, məşhur biznesmendir. Belə şeyləri bilməyən adamların “zerkalo.az” da işi ola bilməz”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort