Aydın Xırdalanlı yanğın zamanı dispanserdə olması xəbərindən danışdı

Aydın Xırdalanlı yanğın zamanı dispanserdə olması xəbərindən danışdı


Meyxanaçı Aydın Xırdalanlının Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalması barədə məlumat yayılıb. Bildirilir ki, Aydın həmin mərkəzdə müalicə olunur və həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün dispanserdən çıxıb və gec olduğu üçün ora qayıtmayıb.

Gecce.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, meyxanaçı 1 həftə əvvəl xəstəxanadan evə buraxıldığını söyləyib:

“Mən həmin mərkəzin ikinci korpusunda yox, birincidə müalicə olunmuşam. Bir həftədən artıqdır ki, evə buraxılmışam. Yazıblar ki, guya, Vasifin toyuna görə çıxmışam. Belə bir şey yoxdur. Müalicəmi almışam, hər şey qaydasındadır”.

Qeyd edək ki, məlumatı ilk dəfə baku.ws saytı yayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort