Leyla Şıxliniskayaya sonuncu xəbərdarlıq...

Leyla Şıxliniskayaya sonuncu xəbərdarlıq...


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlərin məhkəməyə gəlmədiyi bəlli olub.

Hakim bildirib ki, 69 şahiddən 13-ü dindirilib. Prosesə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Leyla Şıxliniskaya da məhkəməyə gəlmədiyi üçün sonuncu dəfə xəbərdarlıq edilib.

Proses fevralın 8-də davam etdiriləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
100 il...

28.05.2018 / 10:00
 
Xəbər lenti
                                            
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"