Qonşusunu bıçaqlayana 3 il həbs verilib

Qonşusunu bıçaqlayana 3 il həbs verilib


Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Nəsib Əhmədova hökm oxunub.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmünə əsasən N.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, N.Əhmədov qonşusu Heybət Əliyevə irad tutaraq bildirib ki, uşaqları başına yığıb evin qabağında yüksəkdən danışmasınlar. Lakin qarşı tərəfin buna laqeyd münasibəti N.Əhmədovu özündən çıxarıb və qonşusuna 4 bıçaq zərbəsi vurub. Həkimlər H.Əliyevin həyatını xilas edə biliblər.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti