Azərbaycanda toya gedən mikroavtobus aşdı, xəsarət alanlar var

Azərbaycanda toya gedən mikroavtobus aşdı, xəsarət alanlar var


Tovuz - Gədəbəy avtomoibl yolunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gecce.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gədəbəyin Şamlıq kəndi ərazisində baş verib.

Hərəkətdə olan mikroavtobusun idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində üç nəfər xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Goranboy rayon sakinləri 1951-ci il təvəllüdlü Əliyev Səmayə Dünyamalı qızı, 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı və 1999-cı il təvəllüdlü Verdiyeva Zinət Halay qızıdır. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Qəzaya qarlı hava şəraitinin səbəb olduğu bildirilir.

Məlumata görə, qəzaya düşənlər Gədəbəyə toya gedirmiş.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti