Sabirabadda ağır qəza - 1 ölü, 8 yaralı

Sabirabadda ağır qəza - 1 ölü, 8 yaralı


Sabirabadda ağır qəza baş verib.

Gecce.az APA-ya istinadən xəbər verir ki, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” və “Azsamand” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Mercedes”in sürücüsü Əhmədov Əjdər hadisə yerində ölüb. Həmin avtomobildəki sərnişinlər - Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı, 1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Atamoğlan oğlu yaralanıb.

“Azsamand”ə sürücüsü, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmanov Səməd Tahir oğlu və daha 3 azyaşlı uşaq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video

19.01.2018 / 11:20
 
Xəbər lenti
 
Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video 11:20 Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video