Oğurladığı əşyaları internetdə satarkən ələ keçdi

Oğurladığı əşyaları internetdə satarkən ələ keçdi


Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən çay evlərindən birindən 2 ədəd “Sony playstation” kompyuteri, 1 ədəd skripka çalğı aləti və 3 ədəd suvenir qəlyan dəsti oğurlanıb.


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Elşad Qasımov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi çay evinin sahibini əvvəldən tanıdığını və gecə saatlarında orada heç kimin olmadığını bildiyi üçün oğurluq etdiyini bildirib.


Qeyd edək ki, E.Qasımov hadisədən sonra oğurladığı əşyaları satmaq üçün onların şəkilini çəkərək onlayn alış-veriş saytlarında yerləşdirib.

Oğurladığı əşyaları internetdə satarkən ələ keçdi

Oğurladığı əşyaları internetdə satarkən ələ keçdi

Oğurladığı əşyaları internetdə satarkən ələ keçdi

Oğurladığı əşyaları internetdə satarkən ələ keçdi
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti